Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkəsinin Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
"Türkiyə liderlərin sammitinə ev sahibliyi etməyə hazırdır, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılması sammitin görüşünə yol açacaq", - Türkiyə prezidenti bildirib.
Söhbət zamanı Ərdoğan üç raundunun İstanbulda keçirildiyi Rusiya və Ukrayna arasında birbaşa danışıqlar nəticəsində əldə olunan irəliləyişə diqqət çəkib, həmçinin növbəti raundların səmərəli olacağına ümid etdiyini bildirib. Bundan əlavə, o, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam etdiyini deyib.
17:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Ukrayna-Rusiya birbaşa danışıqlarında əldə edilən irəliləyişi vacib hesab edib, növbəti raundlarda daimi sülhə gedən yolda atəşkəslə bağlı faydalı nəticələr arzulayıb.
O, liderlər səviyyəsində zirvə toplantısına ev sahibliyi etməyə hazır olduqlarını, hərbi, humanitar və siyasi sahələrdə işçi qrupların yaradılmasının zirvəyə gedən yolu açacağına inandığını bildirib.
Rəcəb Tayyib Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Türkiyənin dəstək verməyə davam etdiyini vurğulayıb.