• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ərini öldürən qadından XƏBƏR VAR

HADİSƏ

18 Iyul 2022 | 12:03

Ərini öldürən qadından XƏBƏR VAR

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026