Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib
“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, - qeyd olunub.
13:54
Ermənistan ordusunda xidmət keçən əsgər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin Azərbaycanla sərhəddə baş verdiyi bildirilir və yaralı əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Səbuhi Elnur
















