• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Erməni sakinlər Gorus-Xankəndi istiqamətində maneəsiz hərəkət edirlər

CƏMİYYƏT

07 Iyul 2023 | 17:54

Erməni sakinlər Gorus-Xankəndi istiqamətində maneəsiz hərəkət edirlər

Bu gün Gorus-Xankəndi istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.

Eyni zamanda, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağın tibbi ehtiyacları olan 17 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026