• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənilər özləri basdırdıqları minaya düşdülər

HADİSƏ

30 Iyun 2021 | 18:04

Ermənilər özləri basdırdıqları minaya düşdülər

Bu gün günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Bildirilib ki, 3 erməni özlərinin basdırdıqları minaya düşüb. Güclü partlayış nəticəsində 1 erməni yerindəcə ölüb. Ağır xəsarət alan digər 2 erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb.

Yaralananlardan biri Qarik Nalbandyan ayağını, Arik Arakelyan isə qolunu itirib. Güclü partlayış nəticəsində ölən erməninin cəsədinin parçalarının axtarışı davam edir.

Faktı bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026