• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ermənistan hərbi təlimlərə başladı

DÜNYA

17 Avqust 2022 | 18:04 | Müəllif: Subhan Mahmudov

Ermənistan hərbi təlimlərə başladı

Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrində taktiki təlimlər başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Təlimlərin əvvəlində hərbi hissələrdə sıralanma baxışı keçirilib, döyüş hazırlığının müxtəlif səviyyələrində şəxsi heyətin hərəkətləri yoxlanılıb.

Taktiki təlimlərin keçirilməsi bölmələrin əməkdaşlığının təşkili və hərbi texnikanın dislokasiya yerlərindən çıxarılması qaydasının dəqiqləşdirilməsinə, döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün hazırlıq işlərinin təkmilləşdirilməsinə yönəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026