• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda aksiya iştirakçıları küçələri bağlayıb

DÜNYA

17 Mart 2021 | 18:28

Ermənistanda aksiya iştirakçıları küçələri bağlayıb

Ermənistanın “Qurtuluş” hərəkatının aktivistləri paytaxtda küçələri bağlayıb.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılar Proşyan küçəsi boyunca avtomobillərin hərəkətini əngəlləyib, nəticədə böyük tıxac yaranıb.

Qeyd edək ki, bu küçədə hökumət iqamətgahları kompleksi yerləşir.

Dünən də sözügedən hərəkatın nümayəndələri İrəvanda mərkəzi küçə və prospektləri bağlamışdılar. Polis aksiyanın yeddi iştirakçısını saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026