• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistanda Qərb-Rusiya çəkişməsi: Maraqlar toqquşur

SİYASƏT

12 Oktyabr 2023 | 10:20 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanda Qərb-Rusiya çəkişməsi: Maraqlar toqquşur

"Rusiya, Avropa İttifaqı və ABŞ-ın ermənilərlə bağlı məsələdə birgə fəaliyyəti mümkündür".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov deyib.

Analitik bildirib ki, əgər kimsə düşünürsə, Qərb Rusiya ilə bu və yaxud digər məsələlərin müzakirəsini istəmir, bu müzakirələrə hazır deyil, yanılır: "Qərb əvvəl-axır Ukrayna məsələsində də Rusiya ilə sövdələşməyə gedəcək. Azərbaycan-Ermənistan danışıqlarında Qərblə Rusiyanın birgə fəaliyyət təcrübəsi var. ABŞ və Avropa ölkələri Qarabağ məsələsində ermənilərin "hüquqlarının və təhlükəsizliyinin qorunması" ilə bağlı Rusiyaya müraciət etmişdilər. Sentyabrın 17-də İstanbulda Qərb ölkələri ilə Rusiya arasında keçirilən görüş də bəllidir. Ona görə Qaluzinin dedikləri heç də reallıqdan uzaq deyil. Əslində reallığın təsdiqidir. Amma Azərbaycan ATƏT-in Minsk qrupuna bənzər formatların yenidən fəallaşmasına və prosesə müdaxiləsinə qətiyyən razı olmayacaq. Azərbaycan bu formatı qəbul etmir. Qarabağdakı məsələləri Azərbaycanın daxili işi sayırıq".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə ABŞ-nin, Avropa İttifaqının və Rusiyanın yanaşması, baxış bucağı fərqlidir: "Hazırda Ermənistanda Qərb və Rusiya arasında çəkişmə gedir. Həm Qərb, həm də Rusiya Ermənistanda öz maraqlarını həyata keçirmək üçün açıq şəkildə bir-birinə qarşı mübarizə aparırlar. Belə olan təqdirdə onların Ermənistanda bir araya gəlməsi sual doğurur”.

Zaur Məmmədov: Qərb də, Rusiya da Ermənistanda öz maraqlarını həyata keçirmək üçün mübarizə aparır

Politoloq bildirib ki, ancaq Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesi müxtəlif formatlarda gedəcək: “Öz maraqlarını tərəflərə aşıqlamaq niyyətində olmayan qonşu Gürcüstanın da Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olması, görüşlərin Tbilisidə keçirilməsi mümkündür".

Aydın Baxış

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR