• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əsəd Suriyanın onlarla dövlət müəssisəsini İrana verir

SİYASƏT

05 Oktyabr 2021 | 16:49

Əsəd Suriyanın onlarla dövlət müəssisəsini İrana verir

Suriya Prezidenti Bəşər Əsəd ölkənin 40 dövlət sənaye müəssisəsinin İran tərəfinə verilməsini təsdiqlədi.

Bakıvaxtı.az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə tanınmış Suriya müxalifət lideri, keçmiş müdafiə naziri Mustafa Tlasın oğlu Firas Tlasa məlumat verib.

O, öz feysbukdakı paylaşımında bildirib ki, İran hökumətinə və ya İslam İnqilabı Keşikçiləri Korpusuna (IRGC) məxsus bir sıra şirkətlər Suriyadakı iri sənaye obyektlərinin idarə olunmasını öz üzərinə götürəcək: "Söhbət 40 -a yaxın müəssisədən gedir. Şirkətlərin mülkiyyətinin təhvil verilməsi prosesi 30 sentyabrda Bəşər Əsəd hökumətində nazirinin müavini təyin olunan Lina Kinaya tərəfindən koordinasiya edilir. İran nümayəndə heyətləri veriləcək bir çox sənaye obyektində olublar. Bundan əlavə, İran səfiri İranın Suriya iqtisadiyyatında üstünlüyünü nümayiş etdirmək üçün Suriyanın bölgələrini səfər edir. Diplomat artıq Hələb, Homs və Tartus əyalətlərində, Şamdakı Ticarət və Sənaye Palatalarını da olub."

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026