• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Evli kişi ilə 19 il münasibətdə olan qadın Türkiyəyə qaçdı - VİDEO

CƏMİYYƏT

11 Dekabr 2021 | 18:31 | Müəllif: Subhan Mahmudov

Evli kişi ilə 19 il münasibətdə olan qadın Türkiyəyə qaçdı - VİDEO

ATV-nin "Bizimləsən" proqramında evindən qaçan Tovuz sakini Sarıtel Qəfərova üçün müraciət edilib.

Bakıvaxtı.az bildirir ki, müraciəti edən onunla 19 il nigahsız birlikdə yaşayan Nizaməddin bəy bildiribki, 1 ildir Yardımlı da çalışırmış və sonradan bilib ki, Sarıtel Qəfərova evdən qaçıb.

"Ailəli ola-ola münasibətdə olmuşam. Artıq öz ailəmdən uzaqlaşmışam. Leyla (Sarıtel Qəfərova) mənimlə birlikdə Tovuzda yaşayırdı".

"Bizimləsən" heyyəti Sarıtel Qəfərovanı Türkiyənin İzmir şəhərində tapıblar. Telefonla görüntülü əlaqə zamanı xanım bildirib ki, ya getməliydim, ya da ölməliydim.

"Mənim onunla nigahım yoxdu. 11 aydır çalışmağa getmişdi. Qazandığı pul hanı? Məndən pul istəyirdi".

Sarıtel Qəfərova gizlin şəkildə xarici pasport düzəldərək ölkədən çıxdığını bildirib.

"Mən işimi altdan-altdan edirdim. Ona açıqlama verəsi deyildim ki. Burada yaşlı cütlüyə baxıcılıq edirəm".

Sarıtel Qafarova sonda bildirib ki, qayıtmaq istəmir və Nizaməddin bəy axtarışı dayandırsın.

Milli.az


Evli kişi ilə 19 il münasibətdə olan qadın Türkiyəyə qaçdı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026