• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb” - VİDEO

CƏMİYYƏT

13 Fevral 2024 | 22:46 | Müəllif: Subhan Mahmudov

“Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb” - VİDEO

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-a qətlə yetirilən Elmira Əhmədovanın xalası Qənirə Əhmədova məlumat verib.

Direktorun xalası Q.Əhmədova hadisə barədə danışıb:

"Oğlum zəng etdi və hadisəni dedi. İnanmadım. Qaça-qaça gəldim. Əhmədin psixi problemləri var idi. Amma ailəsi onu psixi sağlamlıq mərkəzinə qoymurdu. Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb. O da bacısının uşağı ilə birlikdə evə gəlib. Onları da baltalayıb. Hadisə olandan sonra qohumlar qızına zəng ediblər və telefonu açmayıb. Evin qapısın qırıblar və məlum olub ki, Elmira və beş yaşlı qızını da baltalayıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026