• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Eyvazov sıra baxışı keçirdi - VİDEO

CƏMİYYƏT

24 Noyabr 2023 | 17:54

Eyvazov sıra baxışı keçirdi - VİDEO

Noyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026