• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fazil Mustafa yenidən əməliyyat olundu

CƏMİYYƏT

08 Aprel 2023 | 09:21

Fazil Mustafa yenidən əməliyyat olundu

“Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

Deputat yaxın günlərdə yenidən mübarizəsini davam etdirəcəyini bildirib:

“Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!”

Qeyd edək ki, Fazil Mustafa aprelin 1-də çiyin və ayağında güllələnərək terrora məruz qalmışdı.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026