• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Fenerbahçe”yə Juninyo təklifi - DETALLAR

 

İDMAN

06 Fevral 2024 | 11:15

“Fenerbahçe”yə Juninyo təklifi - DETALLAR

Türkiyənin “Fenerbahçe” klubu hücumçu transferi ilə bağlı axtarışlarını davam etdirir.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisinə Azərbaycanda çıxış edən bir oyunçu təklif olunub. Belə ki, “sarı-lacivərdlilər”ə “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo məsləhət görülüb.

Türkiyə klubu “Neftçi”nin sabiq qolçusu Saldanyanı Serbiya “Partizan”ından almağı düşünür. Lakin “seleksiyaçılar” rəhbərliyə Juninyonun Saldanyadan daha keyfiyyətli hücumçu olduğunu və Türkiyə çempionatına daha tez uyğunlaşacağını bildirib.

Qeyd edək ki, Olavio Juninyo bu mövsüm Premyer Liqada 14 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026