• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cud Bellinqem 2 oyunluq cəzalandırıldı

İDMAN

06 Mart 2024 | 16:21

Cud Bellinqem 2 oyunluq cəzalandırıldı

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Cud Bellinqem 2 oyunluq cəzalandırılıb.

Bakıvaxtı.az İspaniya Futbol Federasiyasına istinadən xəbər verir ki, buna onun La Liqanın 27-ci turunda “Valencia” ilə matçda qırmızı vərəqə alması səbəb olub.

20 yaşlı oyunçu həmin görüşdə baş hakim Gil Manzanonun final fitindən dərhal sonra vurduğu qolu saymadığı üçün ona qarşı kobud ifadələr işlədib. Referi bu hərəkətinə görə Bellinqemə qırmızı vərəqə göstərib.

İngiltərəli futbolçu La Liqanın “Celta de Vigo” və “Osasuna” klublarına qarşı növbəti iki turunun oyunlarını buraxacaq.

Qeyd edək ki, “Real” son turda səfərdə “Valencia” ilə heç-heçə (2:2) edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026