• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tanınmış idmançı 23 yaşında öldü

İDMAN

04 Aprel 2024 | 22:22 | Müəllif: Subhan Mahmudov

Tanınmış idmançı 23 yaşında öldü

Tanınmış jokey Stefano Çörçi vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 23 yaşında həyatla əbədi vidalaşıb. Çörçinin ölümünə səbəb 2 həftə əvvəl yarış vaxtı keçirdiyi qəza olub.

Ötən ay Kanberrada keçirilən at yarışlarında iştirak edənlər arasında italyan jokey də olub. Yarış başlayandan dərhal sonra təhlükəli hadisə baş verib. 23 yaşlı idmançı atdan yıxılaraq huşunu itirib. Ona elə yarış yolunda tibbi yardım göstərilib, sonra isə xəstəxanaya aparılıb. Çörçi iki həftə palatada qalıb.

Müayinədən sonra italiyalının ağır kəllə-beyin travması aldığı və daxili qanaxma keçirdiyi məlum olub. Nəticədə o, farmakoloji komaya salınıb.

Ötən gün isə Böyük Britaniyanın "The Mirror" qəzeti kədərli xəbər yayımlayıb. Həkimlərin səyinə baxmayaraq, italyan jokeyin vəfat etdiyi bidlirilib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026