• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

İDMAN

04 May 2024 | 17:00 | Müəllif: Gülşən Şərif

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Dubai Police Global Chess Challenge” şahmat turniri başlayır.

Bakıvaxtı.az xəbər verir ki, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq.

Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321) iştirak edəcəklər. B kateqoriyasında Ayan Allahverdiyeva (2152) və Kamal İsfəndiyarlı (1836) rəqibləri ilə üz-üzə gələcəklər.

18 yaşadək şahmatçılardan isə Məhəmməd Kazımzadə və Elşad Yusif Əliyev çıxış edəcəklər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Ümumi mükafat fondu 125 000 dollar olan turnir mayın 13-də başa çatacaq.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR