• Bakı 24° C

    5.8 m/s

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

İDMAN

04 Aprel 2024 | 12:28 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Bakıvaxtı.az bildirir ki, Azərbaycan yığması dünyada 112-cidir.

Komandamızın hesabında 1177,83 xal var. Millimiz ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.

Buna hesabat dövründəki matçların nəticələri səbəb olub. Yığmamız "FİFA Series"də Monqolustana 1:0 hesabı ilə qalib gəlib və Bolqarıstanla heç-heçə edib - 1:1.

Qeyd edək ki, siyahıya Argentina başçılıq edir - 1858,00 xal.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026