• Bakı 16° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Messinin gəlişindən sonra “İnter Mayami”nin büdcəsi artıb

İDMAN

04 May 2024 | 10:47

Messinin gəlişindən sonra “İnter Mayami”nin büdcəsi artıb

Argentinalı superulduz Lionel Messinin gəlişindən sonra ABŞ-nin “İnter Mayami” klubunun büdcəsi 130 milyon dollara yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin baş meneceri Xavyer Asensi EFE-yə açıqlamasında bildirib.

O, Messinin gəlişindən sonra klubun büdcəsinin 60 milyondan 125-130 milyon dollara qədər yüksəldiyini söyləyib: “Leo sizi növbəti səviyyəyə aparır. Mövqeyimizdən çox razıyıq. Komandamız və görülən işlərlə fəxr edirik. Messinin gəlişi ilə klubun büdcəsi 60 milyon dollardan 125-130 milyon dollara yüksəlib. Bu il isə dövriyyəmizin 200 milyon və ya daha çox olacağını gözləyirəm. Bu, böyük məbləğdir”.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin formasını geyinir.


SON XƏBƏRLƏR

17 May 2024