• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mourinyoan Kroosla bağlı  FIFA və UEFA-ya çağırış - qadağan edin

İDMAN

03 Iyun 2024 | 09:06

Mourinyoan Kroosla bağlı FIFA və UEFA-ya çağırış - qadağan edin

"Fənərbaxça"nın yeni, "Real"ın isə sabiq baş məşqçisi Joze Mourinyo Madrid klubunun yarımmüdafiəçisi Toni Kroosun karyerasını bitirmək qərarını şərh edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

“Bunu qadağan etmək lazımdır. FIFA və UEFA - onlar çoxlu qaydalar və qərarlar qəbul edirlər. Qərar verin və bu oğlanın karyerasını bitirməsinə imkan verməyin!”, - Mourinyo vurğulayıb.

Qeyd edək ki, 34 yaşlı alman futbolçu 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb. Kroos komanda ilə 23 kubok, o cümlədən beş Çempionlar Liqası və dörd La Liqa çempionluğu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR