Tanınmış texnobloqer, Mətbuat Şurasının idarə heyəti üzvü Fərid Pərdəşünas koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.
Onun spzlərinə görə, MŞ İdarə Heyətinin üzvü olaraq İstanbulda görüşlər planlaşdırsa da, xəstəlik səbəbindən alınmayıb:
"İstanbulda olduğum müddət ərzində elə bir xəstəlik yapışdı ki, otel otağıdan çıxa bilmədim. 4 gün otelə boşuna pul vermiş oldum. Və bir çətinliklə ölkəyə eniş edib, gəldim. İndi test edirəm ki, nəticə - pozitiv. Koronavirus mutasiya edib".
F.Pərdəşünas qeyd edib ki, ətrafda hamı eyni cür xəstədir, amma heç kəs əvvəlki kimi bunu ciddiyə almır:
"Hamı bezdi. Virus da mutasiya edib, ağ ciyərə verdiyi təsir gücünü itirdi. Bundan sonra başıma gələn şey nə olacaq bilmirəm. Yəqin getdiyim yerə meteoroid falan düşər".
Aytac Aslan





jpeg-1676531583.webp)










