• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Fermer ağac əkərkən Bizans mozaikası tapdı

DÜNYA

19 Sentyabr 2022 | 17:52 | Müəllif: Qalib İbrahimoğlu

Fermer ağac əkərkən Bizans mozaikası tapdı

Fələstinli fermer Salman ən-Nabah oğlu ilə qazıntı apararkən Bizans mozaikası tapıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, fermer heyvan və quş təsvirlərinin yer aldığı mozaikanın Bizans dövrünə aid olduğunu internet üzərindən apardıqları araşdırmalardan öyrəndiyini deyib: “Mən bunu bir xəzinə kimi görürəm. Xəzinədən daha qiymətlidir. Bu, Fələstin mirasıdır”.

Mütəxəssislər bunun Qəzzada indiyə qədər tapılan ən qiymətli arxeoloji xəzinələrdən biri olduğunu bildiriblər.

Qüdsdəki Fransız İncil və Arxeologiya Məktəbinin arxeoloqu Rene Elter bildirib ki, mozaika “qeyri-adi”dir. “Bunlar həm qrafik təsvir keyfiyyəti, həm də həndəsi mürəkkəblik baxımından Qəzzada indiyə qədər qazılmış ən gözəl mozaika döşəmələridir. Qəzza zolağında indiyədək belə incə və zəngin rənglərə malik mozaika döşəmələrinə rast gəlinməyib”.

Fələstinin Turizm və Qədim Əsərlər Nazirliyi ərazinin qazıntı işlərinin başa çatdırılması üçün fransız mütəxəssislərin dəvət edildiyini açıqlayıb.

Aytac Aslan


Fermer ağac əkərkən Bizans mozaikası tapdıFermer ağac əkərkən Bizans mozaikası tapdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR