• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hava limanında tətil izdihama səbəb oldu: 5 polis yaralandı

DÜNYA

19 Oktyabr 2022 | 16:34 | Müəllif: Qalib İbrahimoğlu

Hava limanında tətil izdihama səbəb oldu: 5 polis yaralandı

Dünən Belçikanın Şarlerua hava limanında təhlükəsizlik işçiləri tətil keçiriblər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, tətil başlayandan sonra hava limanına zorla girməyə çalışan sərnişinlər izdiham yaradıb. İzdiham nəticəsində 5 polis əməkdaşı yaralanıb.

Hava limanı rəhbərliyinin yaydığı açıqlamada sərnişinlərdən uçuş sahəsinə gəlməmələrinin istəndiyi, təhlükəsizlik xidmətlərinin göstərilə bilməyəcəyi açıqlanıb. Bu vəziyyətin sabah da davam edəcəyi və gedən sərnişin reyslərinin həyata keçirilməyəcəyi, daxil olan sərnişin reyslərinin fasiləsiz davam edəcəyi bildirilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026