• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Fidan Blinkenlə müzakirə apardı

DÜNYA

12 Avqust 2024 | 18:47 | Müəllif: Subhan Mahmudov

Fidan Blinkenlə müzakirə apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.

O qeyd edib ki, qarşı tərəfin tələbi ilə baş tutan danışıq zamanı İsraillə HAMAS arasındakı danışıqlar prosesi və bölgədə artan gərginlik müzakirə edilib.

Nazir Fidan HAMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi və fələstinlilərə qarşı davam edən qırğın İsrailin sülhü bərqərar etmək istəmədiyinin göstəricisi olduğunu vurğulayıb.

Türkiyəli diplomat, həmçinin daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu da bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026