Çin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyi planlaşdırmır və dünyanı sülh planının mümkünlüyünə inandırmağa davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
“Çin beynəlxalq konsensusa nail olmaq, hərbi əməliyyatların dayandırılması üçün lazımi şərait yaratmaq məqsədilə beynəlxalq ictimaiyyətə Ukrayna böhranı ilə bağlı balanslaşdırılmış, obyektiv və rasional baxış təqdim etməyə davam edəcək”, - o bildirib./axar.az