Fransanın dünyaca məşhur Eyfel qülləsinin abidəsinin mühəndisi Qustav Eyfelin ailəsi Paris bələdiyyəsindən maraqlı tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, onlar ölkənin ev sahibliyi edəcəyi 2024-cü il Paris Olimpiadası səbəbiylə Paris Bələdiyyəsindən qüllənin üzərinə qoyulan olimpiya halqalarının çıxarılmasını tələb edib.
Onlar iddia ediblər ki, bu, abidənin sadəliyinə təsir göstərir.
Qeyd edək ki, Rəsmi Fransa ən azı 2028-ci il Los-Anceles Olimpiya Oyunlarına qədər qüllənin üzərindəki rəngarəng Olimpiya halqalarını saxlamağı planlaşdırır.
Əli Hüseynov