İranın Xarici işlər naziri Abbas Erakçı Rusiyaya ballistik raketlərin çatdırılması iddiasına aydınlıq gətirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Erakçi ölkəsinin Rusiyaya ballistik raketlər göndərmədiyini, ABŞ və Avropa ölkələrinin bu məsələdə səhv kəşfiyyat məlumatları ilə hərəkət etdiyini bildirib.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna müharibəsində istifadə üçün Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə İrana qarşı yeni sanksiyalar elan ediblər.
Əli Hüseynov