ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Ermənistana səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.
Məlumata görə, Rikerin Ermənistana səfəri sentyabrın 10-na qədər davam edəcək.
Xatırladaq ki, Filip Riker Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycan və Gürcüstana da gələcək.
















