Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində sıralama yürüşü zamanı qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Alphatauri” komandasının pilotu Nik Devries idarəetməni itirərək yol kənarında maneəyə çırpılıb. Bolid trekdən kənarlaşdırılıb.
Qeyd edək ki, bu gündən “Formula-1” üzrə Azərbaycan Qran-Prisi start götürüb.
Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və “Formula-1” və “Formula-2” üzrə qaliblər müəyyən ediləcək.
Ramid İbrahimov
















jpg-1685176941.webp)

