• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Fransa özünü erməni dövləti kimi aparır"

CƏMİYYƏT

06 Oktyabr 2023 | 11:38

"Fransa özünü erməni dövləti kimi aparır"

“Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Amma yalnız son 1 aylıq periodu təhlil etsək, Fransa və Avropa İttifaqının Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə necə zidd və açıq formada qərəzli davranışlar sərgilədiyinin şahidiyik”. 

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsinə münasibət bildirərkən deputat Bəhruz Məhhərrəmov  bildirib.

“30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi  aparır. Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Nəyə görə, çünki, Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib. Puçtemonun həbsini ayaqüstə alqışlayan riyakarlar bu gün qarabağdakı qondarma rejimin “liderlərinin” həbsindən narahatlıq ifadə edir.

 Bizim mövqeyimiz aydındır, müdafiə olunmağa da, haqqımızı söküb almağa da gücümüz var. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır.  Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ötən il Zəfər Günündə cənab Prezidentin Şuşadan bəyan etdiyi kimi, Ermənistan başa düşməlidir ki, min kilometrlərlə kənardan heç kim gəlib onların yerinə döyüşməyəcək. Ermənistan anlamalıdır ki,  Fransa, yaxud Avropa İttifaqı üçün heç bir erməninin taleyi maraqlı deyil, əksinə onlar indiki məqamda ermənilərdən istifadə edərək bölgədə maraqlarını təmin etmək, niyyətindədirlər. Bu isə kiçik dalan dövləti olan Ermənistan üçün sui-qəsd deməkdir. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır. Xüsusən artıq “Qarabağ” adlı bir problem qalmadığı, bunu etməyin çox daha asan olduğu bir şəraitdə”, -deyə B.Məhhərmov bildirib.

O qeyd edib ki, Azərbaycan bir reallıq yaradıb, dəyişməz reallıq: “İndi Avropa Parlamenti bizə sanksiya tətbiq etdi nə fərq edər, yaxud etmədi nə fərq edər! Biz artıq güclüyük və bir az daha dərindən təhlil edilsə başa düşmək çətin deyil kim-kimdən daha çox asılıdır və kim kimə möhtacdır.

Möhtərəm Prezident Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki tarixi çıxışında bəyan etdi ki, “İndi Qafqazda sülh üçün vaxt yetişib.” Həqiqətən bu gün Qafqaz əsrlərdir möhtac qaldığı sülhə məhz Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər yaxındır. 

Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb.  Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026