“Tabe olduğumuz beynəlxalq hüquqa uyğun olaraq Fransa Qarabağın müstəqilliyini tanımır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa parlamentinin sədri Yael Braun-Pive İrəvanda ermənistanlı həmkarı Alen Simonyanla keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Yael Braun-Pive Ermənistanda səfərdədir. O, Ermənistan parlamentinin sədri Alen Simonyanla regional məsələləri də müzakirə edib. /Report
















