• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Gəncədə "Nizami günləri" keçiriləcək

MƏDƏNİYYƏT

05 Avqust 2024 | 16:34 | Müəllif: Əli Hüseynov

Gəncədə "Nizami günləri" keçiriləcək

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə sentyabrın 11-dən 15-dək dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçiriləcək.

Gəncə Dövlət Filarmoniyasından Bakıvaxtı.az-a bildirilib ki, "Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.

"Nizami günləri" dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026