Dördüncü dəfə ailə həyatı quran türkiyəli iş adamı Acun Ilıcalının toy dəvətnaməsindəki detal diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 4-də keçiriləcək toyda qonaqların məclisdən görüntülər paylaşmaması xahiş edilib. Eyni zamanda dres-kod olaraq qara rəngli geyimlərdən istifadə etmək şərti qoyulub.
Qeyd edək ki, 55 yaşlı iş adamı özündən 30 yaş kiçik sevgilisi Ayça Çağla Altunkaya ilə nikah masasına əyləşəcək. Onlar İstanbuldakı “Esma Sultan Palace”də toy edəcəklər.
Xatırladaq ki, üç dəfə ailəli olan Acunun evliliklərindən 4 qız övladı var.










jpg-1727690997.webp)





