Xəbər verdiyimiz kimi, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib, 27.08.2025-ci il tarixində saat 21:40 radələrində 3 nəfər (2 kişi, 1 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Mina Mikayılova