Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

jpg-1698494072.jpg)







jpg-1701083564.webp)





