Goranboyda avtomobil yanıb.
Bu barədə Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banının üzərinə çəkilən tent yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















