• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Göyçayda obyekt sahibi məsuliyyətə cəlb edildi

CƏMİYYƏT

14 Dekabr 2023 | 20:23 | Müəllif: Subhan Mahmudov

Göyçayda obyekt sahibi məsuliyyətə cəlb edildi

Göyçayda sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon polis şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbir zamanı şəhər ərazisində  yerləşən obyektin qarşısında məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026