• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Sərxoş vəziyyətdə məktəbə daxil oldu - HƏBS OLUNDU

CƏMİYYƏT

13 Yanvar 2024 | 16:33

Sərxoş vəziyyətdə məktəbə daxil oldu - HƏBS OLUNDU

Qəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.

Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb.

Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib. Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.

Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026