• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aktiv məşğulluq proqramlarına cəlb edilən şəhid ailəsi və qazilərin sayı açıqlandı

CƏMİYYƏT

12 Fevral 2024 | 14:57

Aktiv məşğulluq proqramlarına cəlb edilən şəhid ailəsi və qazilərin sayı açıqlandı

44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, postmüharibə dövründə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.

Onlardan 10,4 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 9,9 min şəxs isə münasib işlə təmin edilib. Həmçinin 642 şəxs peşə hazırlığına cəlb olunub.

 

 


SON XƏBƏRLƏR

26 Iyul 2024