• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ötən həftə nə qədər ərazi minadan təmizlənib?

CƏMİYYƏT

12 Fevral 2024 | 16:16

Ötən həftə nə qədər ərazi minadan təmizlənib?

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 5-11 fevral 2024-cü il tarixi ərzində 33 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 836 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 908.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024