• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Niyə daha çox neqativ xəbərlərə köklənirik?

CƏMİYYƏT

12 Fevral 2024 | 16:00

Niyə daha çox neqativ xəbərlərə köklənirik?

Son dövrlər onlayn və ya sosial mediada daha çox neqativ xəbərlərin yayıldığını görürük. İstifadəçilərin böyük qismi də belə xəbərləri oxumağa və tirajlamağa maraq göstərirlər.

Bəs buna səbəb nədir?

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu barədəBakıvaxtı.az-a danışarkən bildirib ki, dəfələrlə saytlara sosial media istifadəçilərinə bəd xəbərləri yaymağa tələsməyəyi tövsiyə edib:

Xüsusən də insanların vəfat xəbərlərini yayırlar, sonradan yalan çıxır. Burada elə bir başucaldan şey yoxdur ki, yaymağa tələsirlər. Birinci mən yayımladım deyərək öyünürlər.

Rəşad Məcid, Mətbuat Şurasının sədri

Onunsözlərinə görə, bu, təkcə bizə xasdeyil, dünyadadavar:

“Elə qədim zamanlardan üstü giləmeyvə dolu kollar barədə heç kim bir-birinə xəbər etməyib, ancaq bəd xəbərlər veriblər. Görünür, bunun genetik kökləri var”.

R.Məcid son vaxtlar saytların zəlzələ ilə bağlı yayadığı xəbərlərə də etirazını bildirdiyini qeyd edib:

“Mən yenə hamını nikbin olmağa, xoş xəbərlər yaymağa çağırıram. Bədbin oqvat var. Onsuzda bu gün dünyamız neqativlərlə doludur: müharibələr, pandemiyalar, qəzalar. Dünyanın gələcəyinə ümid sarsılıb. Çalışın xof yaradan xəbərlərdən uzaq durun”.

Elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz feysbuk hesabında bu mövzuya diqqət çəkib.

Onun sözlərinə görə, kommersiya əsasında fəaliyyət göstərən qurumlar neqativ xəbərlərin onlara daha çox dividend və şəxslər isə daha çox oxucu gətirə biləcəyinin fərqindədirlər:

“Təbii ki, sensasiya yaymaq, baxış sayını artırmaq, onlayn və ya sosial media mənbəyinin reytinqi qaldırmaq klassik taktikadır. İstər iqtisadi olsun, istər sosial, səhiyyə və ya təhsil mövzusu, fərq etməz - onlayn və ya sosial mediada nəyə görə biz daha çox neqativ xəbərlərin əks olunduğunu, yayıldığını görürük? Nə üçün media mənsubları, jurnalistlər və eləcə də fərdi şəxslər daha çox neqativ yönümlü məlumatı yaymaqda həvəslidirlər? Bu hansı zərurət və ya səbəbdən irəli gəlir?

Bununla bağlı daha bir maraqlı səbəbə diqqətinizi cəlb edim. Bu yaxında Rusiya Prezidenti Vladimir Putinlə məşhur müsahibənin müəllifi amerikalı jurnalist Tucker Carlsonla söhbətində “Space X”, “Tesla” və bir sıra digər iri korporasiyaların qurucusu və rəhbəri olmuş İlon Mask məsələyə öz münasibətini bildirib. Yer kürəsi, insan cəmiyyəti, kosmik fəza, ətraf mühit və gələcək barədə danışan Mask insanların sensasiya və neqativ xəbər yaymaq xüsusiyyətini min illər boyu formalaşmış genetik vərdişlərə bağlayıb.

İlonMaskTuckerlə müsahibəsində deyibki, insanlarqədimzamanlarda özqəbilə üzvlərinidaha çoxvəhşiheyvanlarınvə düşmənqəbilələrinyerləşməsi, onlarınneqativfəaliyyəti, təbiifəlakətlərvə onlarıntəsiribarədə məlumatlandırmağavə buməlumatı qəbuletməyə üstünlükveriblər, nəinkiməsələn, üstü giləmeyvə ilə doluolankollarınyeribarədə məlumata. Yəqin bu məlumatı özləri üçün saxlayırlarmış…Neqativ xəbərlər insanların həyatı və təhlükəsizliyinə birbaşa təsir etdiyindən onlar da bu tip məlumatı qəbul etməyə üstünlük veriblər”.

Elnur Nəsibov,  Elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri

E.Nəsibov qeyd edib ki, neqativ xəbərlər pozitiv xəbərlərdən daha çox insanlara birbaşa və şəxsən mənəvi təsir də göstərir, onu düşündürməyə, narahat olmağa və xəbəri bölüşməyə vadar edir:

“Bu məsələdə yeganə sevindirici xəbər isə ondan ibarətdir ki, bu yalnız bu gün və bizdə deyil, hər zaman və hər yerdə belə olub”.

Günəş Mərd

 


SON XƏBƏRLƏR