• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

DİN hava şəraiti ilə bağlı sürücülərə ÇAĞIRIŞ ETDİ

CƏMİYYƏT

13 Yanvar 2024 | 18:07 | Müəllif: Subhan Mahmudov

DİN hava şəraiti ilə bağlı sürücülərə ÇAĞIRIŞ ETDİ

Daxili İşlər Nazirliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də, respublikanın magistral yollarının buz bağlama ehtimalı var.

Qeyd edilib ki, sürücülər sürət həddini hava şəraitinə uyğun tənzimləməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir:

"Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.

Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026