• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Eyyub Yaqubov: "Kişilər günü” deyilən bir anlayış yoxdur - AÇIQLAMA 

CƏMİYYƏT

12 Fevral 2024 | 16:34

Eyyub Yaqubov: Kişilər günü” deyilən bir anlayış yoxdur - AÇIQLAMA 

Bu gün mətbuatda "Eyyub Yaqubovun kişilər günü ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərlə əlaqədar Xalq artisti Eyyub Yaqubov açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Xalq artisti məkanın hazırladığı anonsdan narahatlığını ifadə edib.

O, 23 fevralın adi bir gün olduğunu xatırladaraq, yazılanları təkzib edib:

"Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin "Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. İlk olaraq bildirim ki, mənim üçün "kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yalnışdır. 44 günlük müharibədə Qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün "Kişilər günü”dür”.

Qeyd edək ki, Xalq artistinin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən silinib.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024