• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Güclü külək Abşeronda evin damını uçurub

HADİSƏ

23 Mart 2021 | 13:20

Güclü külək Abşeronda evin damını uçurub

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.

Dam örtüyünün ərazidən geçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsində elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları cəlb edilib. 

“Azərişıq”dan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026