• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlanıb

MƏDƏNİYYƏT

03 Yanvar 2023 | 19:08 | Müəllif: Subhan Mahmudov

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlanıb

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən baş qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısı deyib. O bildirib ki, yenidən kimyaterapiya alır:

“Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam. Yaxşıyam”.

G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi dəstək istəməsinə də münasibət bildirib:

“Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çağırdı, getmədim. Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaurun da canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək olsunlar”.

Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026