• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanda aktyor olmağın əziyyəti çox, qazancı azdır"

MƏDƏNİYYƏT

01 Fevral 2023 | 22:56 | Müəllif: Subhan Mahmudov

"Azərbaycanda aktyor olmağın əziyyəti çox, qazancı azdır"

"Görürük ki, yaşlı aktyorlar işdən çıxarılır, sənətdən gedirlər və s. O aktyor çörək yeməsin? Ac qalsın? Nə etsin? Məncə, aktyor səhnədə ölməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında aktrisa Zülfiyyə Qurbanova deyib. O, incəsənət sahəsini vəfasız adlandırıb və işdən çıxarılan aktyorlardan söz açıb:

"İncəsənət çox vəfasız sahədir. Bu sahədə qayğısızlıq hər dövrdə olub. Nə qədər aktyor, aktrisalarımız var ki, haqsızlıqlarla üzləşirlər. İşdən çıxarılmalar və s. 70 yaşlı obrazı kim oynasın bəs? Məncə, aktyor səhnədə ölməlidir. Ona bir dəstə gül vermək də, ad günündə tort kəsmək belə diqqətdir. Onun özü belə qayğıdır. Sənət adamlarının maddiyyatdan daha çox, mənəvi qayğıya ehtiyacları var. Məndən soruşsanız ki, övladın olsa, gələcəkdə aktyor, aktrisa olmaq istəsə, icazə verərsənmi? Deyərəm ki, yox. İstəmərəm Azərbaycanda aktyor olsun. Əziyyəti, stresi çox, qazancı da az. Üstəlik vəfasızdır. Aktyor olmaq istəyirsə, xarici ölkələrdə ol. Azərbaycanda olma".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026