• Bakı 7° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Güləşçilərimizin ilk rəqibləri məlum oldu

İDMAN

06 Oktyabr 2021 | 18:31 | Müəllif: Subhan Mahmudov

Güləşçilərimizin ilk rəqibləri məlum oldu

Azərbaycan yunan-Roma güləşçilərinin Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib. 

Bakıvaxtı.az xəbər verir ki, püşk nəticəsində ən aşağı və ən ağır çəkili pəhləvanların 1/8 final mərhələsindən mübarizəyə başlayacaqları məlum olub.

Dünya çempionatı

Yunan-Roma güləşi

55 kq
1/8 final: 
Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

60 kq
Təsnifat:
 Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

63 kq
1/8 final:
 Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

67 kq
1/16 final:
 Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ)

72 kq
1/16 final:
 Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq
1/16 final: 
Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final:
 Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

87 kq
1/8 final:
 İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

97 kq
1/16 final: 
Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq
1/8 final: 
Beka Kandelaki - Stepan David (Çexiya)

Qeyd edək ki, oktyabrın 7-də 55 kq, 72 kq, 77 kq və 82 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Oktyabrın 8-də 60 kq, 97 kq və 130 kq, oktyabrın 7-də isə 63 kq, 67 kq və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026