• Bakı 24° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Gündə neçə stəkan çay içmək olar? – Sutkalıq norma

CƏMİYYƏT

04 Noyabr 2022 | 05:15

Gündə neçə stəkan çay içmək olar? – Sutkalıq norma

İçdiyimiz çayı stəkan hesabı yox, dəmləmədə istifadə edilən quru çay miqdarı ilə hesablamalıyıq.

Bakıvaxtı.az xəbər verir ki, vərdiş etdiyimiz kimi gündə 4-5 dəfə iri fincanla çay içmək olarmı? Böyük adamın gündəlik çay norması nə qədərdir?

Böyük insan üçün 10 qram quru çay yarpaqları dəmləməsinin çayını içmək kifayətdir. Bu 4-5 çay qaşığı qədərdir.

Dəmi həmişə təzə edin Çay su deyil, o qida kimidir, orqanizmin onu həll etməsinə enerji sərf olunur. İstər hamilə, istər digər böyük şəxslər gündə maksimum 4 fincan çay içə bilər. Yaxşı olar ki, hər gün qara çay içilməsin.

Arada yaşıl çaya da üstünlük verin

Uşaqlar üçün quru çay yarpağı miqdarı 5 qramdır. Onlar çayı 1-2 stəkan içə bilər. Bir fincan üçün yarım çay qaşığı qədər yaşıl çaydan istifadə edilməlidir. Fincan başına daha çox yaşıl çay əlavə etsəniz, yaşıl çayın dadının olduqca acı olduğunu görəcəksiniz. / DuduPress.Az


SON XƏBƏRLƏR