• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8474

    RUB - 0.0245

Müdafiə Nazirliyindən  sülhməramlılara növbəti ÇAĞIRIŞ

CƏMİYYƏT

03 Dekabr 2022 | 20:43

Müdafiə Nazirliyindən  sülhməramlılara növbəti ÇAĞIRIŞ

Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının dəfələrlə edilən müraciətlərimizə baxmayaraq hələ də uydurma erməni toponimləri ilə qeyd olunması çox böyük təəssüf doğurur.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib", - açıqlamada bildirilir.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarını tərəfimizdən göndərilən rəsmi sənəd və xəritələrə uyğun qaydada düzgün toponimlərlə ifadə etməyə çağırır:

"Bir daha xüsusi vurğulayırıq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 03.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND-dir".


SON XƏBƏRLƏR

28 Yanvar 2023