• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır” - Ruslan Əliyev

CƏMİYYƏT

02 Yanvar 2023 | 18:17 | Müəllif: Subhan Mahmudov

“İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır” - Ruslan Əliyev

"Çox təəssüf edirik ki, yeni ili belə bir hadisə ilə başladıq. Partlayışla əlaqədar "Azərqaz" İstehsal Birliyinə aid məsələlərlə bağlı işlər yerinə yetirilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin sədri Ruslan Əliyev deyib.
O bildirib ki, hazırda binanın qaz təminatı tam dayandırılıb: "Təhlükəsizlik qaydalarına tam əməl edildikdən, bütün kəmərlər yoxlandıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq qazın verişi bərpa olunacaq. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır. Nəyinki həmin mənzilə, həm də digər mənzillərə zərər dəydiyindən qaz sızması ehtimalı böyükdür. Əlavə olaraq 3 mənzilə, həmçinin lift şaxtasına ziyan dəyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026